EN

İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib

Azərbaycan Prezidenti İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Amerika lideri Donald Trampa minnətdarlığını bildirib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Vaşinqtonda ABŞ və Ermənistan liderləri ilə görüşdə çıxışı zamanı deyib.

"Uzun illər əvvəl Azərbaycana tətbiq edilən “907-ci düzəliş”in bu gün ləğv edilməsinə görə sizə təşəkkür edirəm. Bu gün həqiqətən Azərbaycan xalqının yaddaşına həkk olunacaq", - İlham Əliyev deyib.

Chosen
64
24
missiya.az

10Sources