Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla birgə ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi üçün Nobel Komitəsinə məktub göndərməyi təklif edib.
Redaksiya xəbər verir ki, bu təşəbbüs Ağ Evdə keçirilən sülh sazişi imzalanma mərasimindən sonra irəli sürülüb. Liderlər qeyd ediblər ki, Trampın vasitəçiliyi sayəsində Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişənin həlli istiqamətində tarixi addım atılıb.
Siyasi analitiklər hesab edirlər ki, belə bir müraciət beynəlxalq ictimaiyyətin diqqətini Cənubi Qafqazdakı sülh prosesinə daha da cəlb edə bilər və ABŞ-ın bu prosesdəki rolunu ön plana çıxarar.
Sevinc Kərimova