EN

İlham Əliyev Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdü

"Bəlkə biz Paşinyanla Prezident Trampın Nobel Sülh mükafatına namizədliyini birgə irəli sürək?!"

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Prezident Qarabağ münaqişəsinin tarixinə toxunaraq belə deyib: "1992-ci ildən danışıqlar ATƏT çərçivəsində davam etdi, nəticə olmadı. Prezident Trampdan başqa kim bu mükafata layiq ola bilər? 6 ay ərzində Tramp möcüzə yaratdı. Düşünürəm ki, ölkələrimizə qayıtdıqdan sonra Prezident Trampın namizədliyi ilə bağlı birgə məktubla müraciət edəcəyik"

Chosen
2
1
publika.az

2Sources