Bu, Prezident Trampla mənim birinci görüşümdür və görüş çox səmimi şəkildə keçirildi. Onun Azərbaycanla bağlı bilgiləri məni dərindən təəccübləndirdi.
Ölkə.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.
"907-ci düzəlişin ləğv edilməsi tarixi hadisədir. Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün İşçi Qrupu yaradılmışdır. Bu sənədin böyük əhəmiyyəti var. Mən ABŞ-a səfərin nəticələrindən çox məmnunam", - deyə dövlət başçısı bildirib.