EN

XİN sözçüsü: Prezident İlham Əliyevin rəhbərlik etdiyi prinsipial diplomatiya regionumuza sabitlik gətirir

BAKI, 9 avqust. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi prinsipial diplomatiya regionumuza sabitlik və rifah gətirir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə “X” hesabında paylaşım edib.

“Ağ Evdə tarixi Azərbaycan-Ermənistan sammiti. Prezident İlham Əliyevin rəhbərlik etdiyi prinsipial diplomatiya regionumuza sabitlik, təhlükəsizlik və rifah gətirir”, - paylaşımda deyilir.

Chosen
77
9
teleqraf.com

10Sources