XİN: Niderland Azərbaycan və Ermənistan arasında münasibətlərdə tarixi irəliləyişi alqışlayır
Niderland Azərbaycan və Ermənistan arasında münasibətlərdə tarixi irəliləyişi alqışlayır.
“Report” xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Kaspar Veldkamp “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bugünkü razılaşmaları alqışlayıram - Oval kabinetdə tarixi irəliləyiş oldu. Hər iki ölkəni və ABŞ Prezidenti Donald Trampı irəliləyiş əldə etdiklərinə görə təbrik edirəm. Bir sıra problemlərə baxmayaraq, sülh müqaviləsi əlçatandır. İndi razılaşdırılmış addımların tez bir zamanda həyata keçirilməsi çox vacibdir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, regional sabitliyin davamlı olması üçün zəruridir. Niderland bu prosesin qətiyyətli tərəfdarı olaraq qalır”, - XİN başçısı qeyd edib.
I welcome today's agreements between Azerbaijani President Aliyev and Armenian Prime Minister Pashinyan - a historic breakthrough in the Oval Office. I applaud both countries and @POTUS for making progress possible. While challenges remain, a peace treaty is within reach. 1/2 https://t.co/Df70e1JbIi