EN

Vaşinqtonda atılan addım regional sülh baxımından son dərəcə mühümdür - Türkiyə XİN

Bakı. Trend:
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasıistiqamətində əldə olunan irəliləyişi və bu çərçivədə avqustun 8-dəVaşinqtonda ifadə edilən iradəni məmnunluqla qarşılayırıq.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlərNazirliyinin açıqlamasında qeyd olunub.

Beynəlxalq münaqişə və böhranların getdikcə artdığı bir dövrdəatılan bu addımı regional sülh və sabitliyin təmin olunmasıbaxımından son dərəcə mühüm bir hadisə kimi dəyərləndirən TürkiyəXİN ABŞ Administrasiyasının prosesə verdiyi töhfələri yüksəkqiymətləndirib.

“Cənubi Qafqazın sülh və rifaha çatması istiqamətində tarixi birfürsət əldə olunub. Türkiyə olaraq, bu fürsətin reallaşdırılmasıüçün göstərilən səylərə töhfə verməyə davam edəcək və CanAzərbaycanın fədakarlıqla davam etdirdiyi səyləri dəstəkləyəcəyik”- deyə açıqlamada bildirilib.

Chosen
35
7
az.trend.az

9Sources