Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Fransa mərkəzli lüks avtomobil istehsalçısı "Bugatti" xüsusi Solitaire proqramı çərçivəsində yalnız bir ədəd istehsal olunacaq "Brouillard" modelini təqdim edib.
Ölkə.az xəbər verir ki, rəsmi qiymət açıqlanmasa da, beynəlxalq mediada bu avtomobilin 30 milyon ABŞ dolları dəyərində olduğu iddia olunur ki, bu da onu şirkət tarixinin ən bahalı modeli edə bilər.
"Brouillard" dizaynında at mövzulu detallara yer verilib. Qeyd olunur ki, bu modelin adını Bugatti-nin qurucusu Ettore Bugattinin ən sevdiyi atından alıb və
Model 8 litrlik W16 mühərrik, 4 turbo ilə 1578 at gücü, alüminium–karbon fiber konstruksiya və mistral modelindən ilhamlanan aerodinamik formaya sahibdir. Arxada “nüvə reaktoru” adlandırılan xüsusi bölmə salonun soyudulmasını təmin edir, cam tavan üzərində isə iki hava girişi var.
Ön hissədə at nalı formalı ikonik barmaqlıq və üfüqi LED işıq zolaqları, arxada isə ox formalı LED fənərlər və işıqlı “Bugatti” yazısı diqqət çəkir. Salon yaşıl karbon fiber panellər, xüsusi toxuma parçalar, at temalı naxışlar və markaya məxsus orta konsolla tamamlanıb.
Qeyd edk ki, "Brouillard" artıq sifariş edilib, lakin alıcının kimliyi açıqlanmır. Model həm texniki gücü, həm də dizayn incəliyi ilə avtomobil sənayesinin nadir nümunələrindən biri kimi qiymətləndirilir.(valyuta.az)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.