ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində əldə olunan irəliləyişi və bu çərçivədə avqustun 8-də Vaşinqtonda ifadə edilən iradəni məmnunluqla qarşılayırıq.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.
Beynəlxalq münaqişə və böhranların getdikcə artdığı bir dövrdə atılan bu addımı regional sülh və sabitliyin təmin olunması baxımından son dərəcə mühüm bir hadisə kimi dəyərləndirən Türkiyə XİN ABŞ Administrasiyasının prosesə verdiyi töhfələri yüksək qiymətləndirib.
“Cənubi Qafqazın sülh və rifaha çatması istiqamətində tarixi bir fürsət əldə olunub. Türkiyə olaraq, bu fürsətin reallaşdırılması üçün göstərilən səylərə töhfə verməyə davam edəcək və Can Azərbaycanın fədakarlıqla davam etdirdiyi səyləri dəstəkləyəcəyik” - deyə açıqlamada bildirilib.
XQ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.