Keniyanın Kisumu qraflığında baş verən yol qəzasında azı 20 nəfər həyatını itirib.
Operativ Media xəbər verir ki, bu barədə "Daily Nation" məlumat yayıb.
Bildirilib ki, sürücü yüksək sürətlə gələrkən idarəetməni itirərək əks istiqamətə çıxıb.
Ölənlər arasında 10-u qadın, 10-u kişi olub, 5 nəfər isə xəsarət alıb. Qəzanın səbəbi hazırda araşdırılır.