EN

Mehriban Əliyeva Vaşinqtonda keçirilən görüşə dair paylaşım edib

Mehriban

Azərbaycan Respublikasının Birinci vitseprezidenti Mehriban Əliyeva Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünə dair sosial şəbəkə hesablarında paylaşım edib.Paylaşımda qeyd edilir:“Bu gün Vaşinqtonda Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş naziri tərəfindən Birgə Bəyannamə imzalandı və sülh sazişi paraflanmaqla yekun sülh sazişi istiqamətində mühüm addım atıldı.Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm!Qoy, hər zaman sülh olsun! Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğullarımıza Allah rəhmət eləsin! Uca Tanrı hər zaman doğma Azərbaycanımızı qorusun!”.Ulusum.az

Diqqət Çəkənlər

Ağ Evdə Moskvasız Sülh Sammiti - Euronews

Kür çayından meyit tapıldı

Bakı metrosunda möcüzə: Uşaq dünyaya gəldi

Chosen
82
43
ulusum.az

10Sources