Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdarlıq edir: Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hər bir sürücü həyatlarını onlara etibar etmiş insanlar qarşısında birbaşa məsuliyyət daşıyırlar. Bu sahədə çalışan şəxslər yol hərəkəti zamanı daim diqqətli, ayıq və məsuliyyətli olmalıdırlar. Sərxoş, yorğun, yuxusuz və ya səhhətində problem olduğu halda nəqliyyat vasitəsini idarə etmək daşınan sərnişinlərin həyatını qəsdən təhlükəyə atmaq deməkdir. Əmanət edilmiş həyatı qorumaq hər bir sürücünün borcudur. / Teleqraf