EN

Bu o deməkdir ki, Əliyev Ağ Evin hər zaman arzulanan qonağıdır

“Avqustun ayının 8-də, Vaşinqtonda Cənubi Qafqazın ən yeni müasir tarixi yazılmağa başlandı. Yeni bir səhifə açıldı, yeni bir mərhələnin əsası qoyuldu. Bu mərhələ strateji xarakter kəsb edir. Biz onun nəticələrini hələ tam dərk etmirik və gələcəkdə daha çox dərk edəcəyik. Sözün həqiqi mənasında elə razılaşmalar əldə edilib ki, bu razılaşmalar nəhayət ki, Cənubi Qafqaza uzunmüddətli sülh gətirəcək”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. O, bildirib ki, bu razılaşmalar tamamilə Azərbaycan dövlətinin və Azərbaycan prezidentinin müəyyən etdiyi strateji xəttə, düşüncə tərzinə, irəli sürdüyü yanaşmalara cavab verir:

“Bu razılaşmalar tamamilə Azərbaycan dövlətinin və Azərbaycan prezidentinin müəyyən etdiyi strateji xəttə, düşüncə tərzinə, irəli sürdüyü yanaşmalara cavab verir.  pizza

Birincisi, bizim ən böyük istəyimiz o idi ki, münaqişə bitib və ATƏT-in Minsk qrupuna artıq nə ehtiyac var? Axı o de-fakto yoxdur və onu de-yure də ləğv etmək lazımdır. Ermənistan bu məsələni uzadırdı. Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən görüş çərçivəsində bu məsələ də öz həllini tapdı. Hər iki dövlətin rəhbəri bu qərara gəldilər ki, ATƏT-in baş katibinə müraciət etsinlər və Minsk qrupu buraxılsın. 

Məlum olduğu kimi, 1992-ci ilin oktyabr ayının 24-dən ABŞ Azərbaycana qarşı 907-ci maddəni tətbiq edib. Bu, Azərbaycana qarşı dövlət səviyyəsində iqtisadi qadağa aksiyasıdır. Düzdü, 2001-ci il 11 sentyabr hadisələrindən sonra bu qadağanın müddətini ABŞ prezidentləri hər il dondurdurdu. Amma Bayden bunu yenidən işə saldı və Azərbaycanı hədələməyə başladı. 

Vaşinqtonda Trampın təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşünün nəticəsi olaraq, 907-ci maddənin fəaliyyətini yenidən dayandırır”. 

Millət vəkili vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidenti cənab İlham Əliyevə çox böyük etimadı var:

“Hesab edirəm ki, biz Vaşinqton danışıqlarına qiymət verərkən, bir neçə digər strateji məsələnin üzərində dayanmalıyıq. 

Birincisi, əldə edilmiş razılaşma odur ki, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın 2 mühüm tələbi var idi. Onunun birincisinə, yəni Minsk qrupunun ləğvinə toxunuldu. 

Digər strateji məsələ isə o idi ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından söhbət gedirdi. Azərbaycan bu məsələdə prinsipial mövqeyə malikdir ki, həmin iddialar ləğv edilsin. Vaşinqtonda Azərbaycan və Ermənistan tərəflərinin, o cümlədən ABŞ-ın iştirakı ilə imzalanmış birgə bəyənnamədə əslini tapmış bəndlərdən biri də odur ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanması və onun ratifikasiya olunması üçün əlavə tədbirlərə ehtiyac var. 

Əlavə tədbirlər dedikdə isə, məhz Ermənistan konstitusiyasında dəyişikliklər məsələsi öz əksini tapır. Ən mühüm məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlı məsələdir. İndiyə qədər bu məsələnin tənzimlənməsində heç bir razılıq əldə edilə bilmirdi. Bu dəfə isə ABŞ prezidentinin siyasi iradəsi və onun nüfuzu sayəsində əldə edilmiş razılaşma o oldu ki, Ermənistan ərazisindən keçən, təxminən 43.5 kilometrlik beynəlxalq sülh və rifah naminə “Tramp marşurtu” reallaşdırılsın.

 Bu görüşlər göstərdi ki, ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidenti cənab İlham Əliyevə çox böyük etimadı var. Tramp Azərbaycan prezidentinə “siz böyük lidersiniz” ifadəsini işlətdi. Eyni zamanda ABŞ prezidenti qeyd etdi ki, sizə Ağ Evin rəmzi açarını təqdim edirəm. Bu açar çox nadir hallarda hansısa liderə təqdim olunur. Bu o deməkdir ki, Azərbaycan prezidenti Ağ Evin hər zaman arzulanan qonağıdır. Bu qiymət misli-bərabəri olmayan bir qiymətdir”.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
67
50
yenisabah.az

10Sources