EN

Paşinyan: “Tramp yolu”nun açılması təhlükəsizliyin ən etibarlı təminatlarından biridir

Ermənistan və Azərbaycan vətəndaşları arasında ikitərəfli ticarət başlasa, bu, ən etibarlı təhlükəsizlik təminatlarından birinə çevriləcək.

 Ölkə.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Tramp yolu” ilə bağlı  məsələyə aydınlıq gətirərkən deyib. 

"Təhlükəsizlik baxımından biz bu layihəni həyata keçiririk ki, Ermənistanın daha çox vətəndaşı Azərbaycanın nəqliyyat infrastrukturundan heç bir narahatlıq keçirmədən istifadə etsin və əksinə. Biz təhlükəsizlik, sabitlik, sülh və təminatlardan çox danışırıq. Əgər on minlərlə Ermənistan və Azərbaycan vətəndaşları bir-birinin nəqliyyat infrastrukturundan istifadə etsələr və ikitərəfli ticarət olarsa, bu, təhlükəsizliyin ən etibarlı təminatlarından birinə çevriləcək", - Paşin bildirib.

Fövqəladə vəziyyət elan olunarsa, yolun necə olacağına gəlincə, Paşinyan yumorla cavab verib: “Meşə yanğını başlasa, yağış yağsa nə olacaq?”.

Mürtəza

Chosen
1
olke.az

1Sources