EN

Bakının Vaşinqton triumfu: sülh, inkişaf, Zəngəzur dəhlizi

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidentiİlham Əliyevin ABŞ-yə işgüzar səfəri təkcə ikitərəflimünasibətlərin yeni mərhələsini deyil, eyni zamanda bütün CənubiQafqazın siyasi xəritəsində baş verən ciddi dəyişiklikləri də ifadəedir. Üstəlik, Vaşinqtonda Ermənistan baş naziri Nikol Paşinyanında olması diplomatik manevrlərə iki paralel xətt qazandırdı: birisırf Bakı- Vaşinqton platforması, digəri isə Bakı- İrəvandanışıqları.

Dünən Vaşinqtonda imzalanan Azərbaycan, Ermənistan və ABŞarasında Birgə Bəyannamə sıradan protokol sənədi deyil. Bu, əslindəçoxqatlı siyasi-iqtisadi sazişdir ki, burada regionun yeni gücbalansı, oyun qaydaları və xarici aktorların rolu konkret bəndlərlətəsbit olunur. Bu sənəd sadəcə bir danışıqlar raundunun yekunudeyil - o, Cənubi Qafqazı qlobal proseslərə inteqrasiya edənuzunmüddətli çərçivədir.

Birinci və ən vacib element - Bakı ilə İrəvan arasında gələcəksülh müqaviləsinin mətni üzərində paraf atılmasıdır. Hüquqibaxımdan bu hələ imza deyil, amma artıq yekun redaksiyanınrazılaşdırılması deməkdir. Bu, tərəflərin köklü fikir ayrılıqlarınıarxada qoyduğunu göstərir. Sənəddə qeyd olunan “ratifikasiyazərurəti” prosesi mərhələli şəkildə bağlayır və ErmənistanınKonstitusiyasında dəyişiklik aparmaq şərtini - Azərbaycanınstrateji tələblərindən birini - rəsmi şəkildə sənədləşdirir.

İkinci məqam - ATƏT-ə ünvanlanan və Minsk Qrupunun fəaliyyətinindayandırılmasını tələb edən birgə müraciətdir. Bu addım, faktikiolaraq, siyasi mənasını çoxdan itirmiş postmünaqişə institutununsökülməsi deməkdir. Başqa dövrün məhsulu olan mexanizmlərin ləğviyeni, köhnə vasitəçilik modellərinin yükünü daşımayan platformalarayol açır.

Sənədin önəmli bəndlərindən biri də nəqliyyat məsələsidir.Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistanərazisindən maneəsiz keçid təminatı təkcə regional logistikanınelementi deyil, həm də beynəlxalq nəqliyyat- enerji dəhlizlərininbir hissəsidir. Bu, yeni geo-iqtisadi məntiqə tam uyğundur:ərazilərin fiziki bağlılığı həm siyasi sabitlik, həm də sərmayəcəlbediciliyi üçün əsas şərtlərdən biridir.

Dördüncü vacib bənd - TRIPP (Trump Route for International Peaceand Prosperity) layihəsidir. Bu, geopolitika ilə infrastrukturiqtisadiyyatının qovuşduğu nöqtədir: Zəngəzur dəhlizi regionalinkişafın mühüm arteriyası kimi nəzərdə tutulur, eyni zamandaABŞ-nin öz qlobal marşrut strategiyasına oturdulur. Əslində, buuzunmüddətli konsessiya layihəsidir ki, burada ABŞ kapitalınəqliyyat, enerji və rəqəmsal infrastrukturun qurulması vəistismarına çıxış əldə edir.

Bəyannamədə təsbit olunan beynəlxalq sərhədlərə hörmət,revanşizmdən imtina və xarici siyasətdə güc faktorunun rəddedilməsi kimi prinsiplər formal görünə bilər, amma bu, tərəflərəuniversal beynəlxalq-hüquqi standartlara söykənmək imkanı yaradır.Qlobal institutların böhran keçirdiyi bir dövrdə bu, regiondanormativ siyasəti qismən də olsa bərpa cəhdi kimi dəyərləndiriləbilər.

Sənədin son bəndi daha çox simvolikdir, amma diplomatiyadasimvollar bəzən konkret bəndlərdən az əhəmiyyət daşımır. ABŞprezidentinə şəxsən vasitəçilik roluna görə təşəkkür edilməsiTrampın prosesin qarantı kimi statusunu rəsmiləşdirir. Bu,Vaşinqton qarşısında tərəflərin siyasi məsuliyyətini artıran bir“ankerdir”.

Böyük mənzərəyə baxanda aydın olur ki, Donald Trampadministrasiyası ABŞ-ni Cənubi Qafqaza ötəri qonaq kimi deyil, yeniregional təhlükəsizlik modelinin memarı kimi qaytarır. Trampa xasyanaşma burada da özünü göstərir: xarici siyasət təsiri kommersiyamaraqları ilə dəstəklənməlidir. Zəngəzur dəhlizi layihəsi, qlobalmarşrutlara inteqrasiya edilərək, ABŞ diplomatiyasına konkret,maddi dayaqlar qazandırır.

İqtisadi tərəfdən isə bu, Vaşinqtonun son onilliklərdə itirdiyimövqeləri bərpa cəhdidir. Azərbaycan üçün - ABŞ-nin enerjisahəsində ənənəvi tərəfdaşı olaraq - bu, yüksək texnologiyalar vənəqliyyat sektorunda əməkdaşlığın genişlənməsi imkanlarını açır.Ermənistan üçün isə bu, dağılan re-eksport sxemlərinin itkilərinikompensasiya etmək və məhdud xarici tərəfdaş dairəsindən asılılığıazaltmaq şansı deməkdir.

Strateji müstəvidə hazırkı sənədi qlobal ticarət sistemində başverən daha geniş miqyaslı transformasiyanın bir elementi kimioxumaq olar. ABŞ-nin tarif siyasətini yenidən gözdən keçirməsi vəöz bazarına çıxışı siyasi razılaşmalarla bağlaması, yeni tiprəqabət modelini formalaşdırır. Bu modeldə Avroatlantik iqtisadiməkanına inteqrasiya Azərbaycan və Ermənistan kimi ölkələr üçünpraqmatik seçimə çevrilir - alternativ bloklarla əlaqələriqoparmadan xarici tərəfdaş dairəsini şaxələndirməyin yolu kimi.

Azərbaycanın bu prosesdəki daxili motivasiyası üç bir-biri iləsıx bağlı faktordan ibarətdir: strateji təhlükəsizlik, iqtisadiekspansiya və müharibədən sonrakı status-kvonun beynəlxalqlegitimləşdirilməsi.

Təhlükəsizlik baxımından Bakı 2020-ci il müharibəsi və 2023-cüil antiterror tədbirlərinin nəticələrini elə bir formatda təsbitetmək istəyir ki, onların hüquqi və ya siyasi yolla yenidənnəzərdən keçirilməsi mümkün olmasın. ABŞ-nin iştirakı ilə sənədinimzalanması burada “siyasi lehim” rolunu oynayır: Ermənistantərəfindən hər hansı geriyə addım təkcə ikitərəfli pozuntusayılmayacaq, həm də qlobal oyunçunun mövqeyinə meydan oxuma kimiqəbul ediləcək.

İqtisadi məntiq də az əhəmiyyət daşımır. Zəngəzur dəhlizindəntutmuş enerji və rəqəmsal magistrallara qədər iri infrastrukturlayihələrinə qoşulmaq Azərbaycana neft-qaz ixtisaslaşmasındankənara çıxmaq, Xəzər hövzəsini Yaxın Şərq, Avropa və dünyabazarları ilə birləşdirən logistika-tranzit qovşağı kimimövqeləşmək imkanı verir. Burada coğrafiya ilə geoiqtisadiyyatınkəsişmə nöqtəsini görürük - regionun nəqliyyat xəritəsi faktikiolaraq siyasi təsir xəritəsinə çevrilir.

Üçüncü element - beynəlxalq legitimasiya. ABŞ prezidentiqarşısında imzalanmış birgə bəyannamə Azərbaycan təşəbbüslərinitransatlantik diplomatiya sisteminə daxil edir. Bu, yalnız Bakı-Vaşinqton xətti üçün deyil, həm də Avropa və Asiyada Azərbaycanınimicinə təsir baxımından önəmlidir - universal beynəlxalq normalarçərçivəsində razılaşma imkanı olan tərəf kimi qəbul olunmaq.

Ermənistanın motivasiyası isə daha çox müdafiə xarakteridaşıyır. İrəvan üçün əsas məsələ xarici siyasətdə təcridsəviyyəsini azaltmaq və iqtisadi marjinallaşmanın qarşısınıalmaqdır. Ənənəvi bazarların itirilməsi, tranzit sxemlərinindağılması və bəzi tərəfdaşlarla münasibətlərin soyuması yeniəməkdaşlıq formatlarını labüd edir. ABŞ-ni Azərbaycanlarazılaşmaların qarantı kimi cəlb etmək Ermənistan üçün həm siyasisipər, həm də əvvəllər uzaq durduğu layihələrə qoşularaqinfrastruktur siyasətini yenidən formatlama imkanı yaradır.

ABŞ-nin xarici motivasiyası aydındır: Cənubi Qafqaz yenidənVaşinqton, Moskva, Ankara, Tehran və Pekinin maraqlarınıntoqquşduğu məkana çevrilir. Erkən mərhələdə prosesə daxil olmaqAmerika diplomatiyasına təkcə münaqişənin dinamikasını nəzarətdəsaxlamağa yox, həm də regional kommunikasiyaları öz qlobalzəncirlərinə bağlamağa imkan verir. TRIPP layihəsi bu mənada sadəcənəqliyyat arteriyası deyil, regionu ABŞ-nin iqtisadi və siyasitəsirinə strateji şəkildə bağlayan alətdir.

Donald Trampın Ağ Evə qayıdışından bəri onun xarici siyasətüslubu Bayden administrasiyasının inersiyalı yanaşmalarından kəskinşəkildə fərqlənir - nəticəni ideoloji bəyanatlardan üstün tutankonkret razılaşmalar. Bakı üçün bu, əvvəlki respublikaçıadministrasiyalara xas praqmatik əməkdaşlıq modelinin bərpasıdeməkdir - geopolitik realizm ritorik konstruksiyalara üstüngəlir.

Bu kontekstdə Vaşinqtonda imzalanmış və Azərbaycanla ABŞhökumətləri arasında strateji işçi qrupunun yaradılmasını nəzərdətutan Anlaşma Memorandumu yeni tərəfdaşlıq səviyyəsinininstitutlaşmasıdır. Pərakəndə və epizodik təmaslardan sistemliəməkdaşlıq arxitekturasına keçid deməkdir. Buraya enerjitəhlükəsizliyi, nəqliyyat-tranzit dəhlizlərinin inkişafı, yüksəktexnologiyalara, o cümlədən süni intellektə sərmayələr, eləcə dəmüdafiə və antiterror sahələrində dərinləşdirilmiş əməkdaşlıqdaxildir.

Siyasi-simvolik nəticələrdən biri Donald Trampın 907-cidüzəlişin icrasını dayandırmaq təşəbbüsü oldu. 1990-cı illərinəvvəllərinin bu qanun relikti illərlə “Ermənistan blokadası”bəhanəsi ilə Azərbaycana təzyiq vasitəsi kimi istifadə olunmuşdu.Beynəlxalq hüquq və bərabərhüquqlu tərəfdaşlıq prinsipləribaxımından bu addım Vaşinqtonun hüquqi və siyasi əsasını itirmişayrı-seçkilik normasından imtinasını rəsmiləşdirir.

ABŞ tərəfi həmçinin, Cənubi Qafqazı periferik təsir zonası kimideyil, uzunmüddətli razılaşmaların moderatoru kimi görməyə hazırolduğunu bəyan etdi. Bu, keyfiyyətcə yeni mövqedir, çünki əvvəllərVaşinqtonun regiona geopolitik müdaxiləsi epizodik və reaksiyavarixarakter daşıyırdı.

Prezident İlham Əliyevin Vaşinqton səfərinin paralel diplomatikxətti isə Azərbaycan- Ermənistan münasibətlərinin tənzimlənməsinəyönəldi. Burada əsas hadisə iki liderin Donald Trampın iştirakı iləgörüşməsi və Birgə Bəyannamə imzalaması oldu. Əvvəlki cəhdlərdənfərqli olaraq, bu sənəd təkcə siyasi niyyətləri deyil, tərəflərinkonkret hüquqi öhdəliklərini də təsbit edir.

Birinci prinsipial bənd - Bakı ilə İrəvanın ATƏT-ə birgəmüraciət edərək Minsk Qrupunun formal şəkildə ləğvini təklif etməsibarədə razılığa gəlməsidir. Bu addım, üç onillik ərzində“dondurulmuş münaqişə”nin simvolu və region gündəmini xaricdənmanipulyasiya etmək üçün istifadə olunan mandatın hüquqi müstəvidəbağlanması deməkdir.

Bəyannamənin ikinci mühüm komponenti - ErmənistanKonstitusiyasına dəyişiklik edilməsinin zəruriliyinin rəsməntanınmasıdır ki, bununla Azərbaycanın ünvanına yönəlmiş istənilənərazi iddiaları aradan qaldırılsın. Hüquqi baxımdan bu, yalnızErmənistanın daxili siyasi sisteminin yenidən qurulması deyil, həmdə gələcək revanşist şərhlərə zəmin yaradan normativ bazanınsökülməsidir.

Xüsusi qeyd olunmalı məqam isə Azərbaycanın əsas ərazisi iləNaxçıvan Muxtar Respublikası arasında maneəsiz quru əlaqəsinintəmin edilməsi prinsipinin sənəddə təsbit olunmasıdır. Bu qərar,Zəngəzur dəhlizi məsələsini illərlə davam edən dalandan faktikiolaraq çıxarır. Bakı diplomatiyasında bu dəhliz həmişə tarixinəqliyyat bağlılığının bərpası elementi kimi təqdim edilib, qonşudövlətə təzyiq aləti kimi yox. Diqqətçəkən məqam odur ki, ABŞVaşinqtonda bu marşrutun işləməsinə qarant kimi çıxış etməyərazılaşıb, bu da layihəyə beynəlxalq-hüquqi çəkidarlıq qazandırırvə onun bloklanması riskini xeyli azaldır.

Taktiki planda mühüm nəticələrdən biri iki ölkənin xarici işlərnazirləri tərəfindən sülh müqaviləsi mətninin paraf olunmasıdır.Beynəlxalq diplomatiya baxımından paraf mərhələsi sənədin bütünbəndləri üzrə razılaşmanın tamamlandığını təsdiqləyir və prosesirəsmi imzalanma hazırlığına keçirir. Ermənistanın 2026-cı ildəKonstitusiya referendumu keçirməsi ilə bağlı bənd isə bu prosesiaydın hüquqi mərhələləri olan çoxpilləli prosedura çevirir.

Donald Trampın bu nizamlamadakı rolu, funksional məzmunbaxımından, dünya diplomatiyasının simvolik dönüş nöqtələrindəkivasitəçi roluna bənzəyir - 1978-ci il Kemp-Devid danışıqlarındantutmuş 1995-ci il Deyton sazişlərinə qədər. Burada oxşarlıqkontekstlərin eyniliyində deyil, xarici moderatorun maraqlarbalansını qoruyan dayanıqlı saziş üçün şərait yaratmaqmodelindədir.

Prezident İlham Əliyevin Vaşinqton səfəri, Cənubi Qafqazınperiferik teatr statusundan çıxıb bir neçə böyük geosiyasi kontur -Avroatlantik, Yaxın Şərq və Mərkəzi Asiya arasında strateji bağhalına gəldiyi qlobal təhlükəsizlik arxitekturasının transformasiyamərhələsinə oturur.

ABŞ üçün Bakıyla strateji tərəfdaşlığın dərinləşdirilməsi birneçə hədəfi eyni vaxtda həll edir. Birincisi, Avropanın enerjidiversifikasiyasını, Rusiya və İran ərazisindən yan keçənmarşrutlar hesabına möhkəmləndirir. İkincisi, Cənubi Qafqazınqitələrarası logistika şəbəkələrinə inteqrasiyası üçün zəminyaradır ki, bu da ABŞ-nin “resilient supply chains” - siyasirisklərdən qorunan dayanıqlı təchizat zəncirləri - konsepsiyasınatam uyğundur.

Azərbaycan üçün isə Vaşinqtonla yeni əməkdaşlıq formatıtexnologiyalara, sərmayələrə və siyasi təminatlara çıxışı açır ki,bunlar əvvəllər əsasən prezident fərmanları ilə verilən illikgüzəştlərin çərçivəsi ilə məhdud idi. Bu baxımdan 907-ci düzəlişindayandırılması sadəcə simvolik jest deyil, illərlə tammiqyaslıəməkdaşlığa mane olan hüquqi baryerlərin sökülməsi prosesinin mühümelementidir.

Səfərin regional effekti artıq ikitərəfli müstəvidən çıxaraqdaha geniş siyasi coğrafiyaya yayılır. İrəvanın Zəngəzur dəhlizi vəKonstitusiya islahatı ilə bağlı şərtləri qəbul etməsi, Bakıdiplomatiyasının təşəbbüsünün qonşu ölkənin siyasi-hüquqimənzərəsini dəyişdirən presedente çevrilməsinə gətirib çıxarır.Burada ABŞ-ın bu razılaşmaların qarantı qismində çıxış etməsi yenitəsir balansı formalaşdırır ki, bu balansda Avropanın aparıcıaktorları, xüsusilə də Fransa, prosesin kənarına sıxışdırılır.

Simvolik baxımdan bu, Parisin uzun illər ardıcıl şəkildəyürüdüyü - Bakını məhdudlaşdırmaq və Ermənistanın beynəlxalqplatformalardakı mövqelərini gücləndirmək xəttinin birbaşaməğlubiyyəti kimi dəyərləndirilir. Daha da önəmlisi, Avropaİttifaqının vasitəçilik monopoliyasından imtina edilərək ABŞ-Azərbaycan platformasına üstünlük verilməsi, Brüsselin sülhprosesini siyasi təzyiq aləti kimi istifadə etdiyi modelidarmadağın edir.

Uzaq perspektivdə Vaşinqton səfəri yeni Cənubi Qafqazkonsensusunun formalaşması üçün start nöqtəsinə çevrilə bilər. Bukonsensusda Azərbaycan təkcə hərbi qalib kimi yox, həm də dayanıqlınizamın memarı kimi çıxış edir. Belə bir nizam sərt təhlükəsizlikzəmanətləri, iqtisadi qarşılıqlı asılılıq və institusionalnizamlama mexanizmlərinin vəhdətini nəzərdə tutur.

Vaşinqton sənədi uzunmüddətli dövrdə üç paralel prosesi işə salabilər.

Birincisi - ABŞ-nin iştirakı ilə regional formatıninstitutlaşması. Bu, dialoqu zəif və asanlıqla pozula bilənikitərəfli müstəvidən çıxararaq daha möhkəm çoxtərəfli çərçivəyəkeçirər.

İkincisi - yeni logistika və enerji xəritəsinin formalaşması.Burada Azərbaycan əsas tranzit funksiyalarını üzərinə götürür,Ermənistan isə beynəlxalq dəhlizlər vasitəsilə iqtisadireanimasiyaya qapı açır.

Üçüncüsü - xarici oyunçuların təsir balansının dəyişməsi: ABŞmövqelərini gücləndirir, Türkiyə Vaşinqtonla regional məsələlərüzrə strateji tərəfdaşlıq qazanır, Rusiya manevr imkanlarınınməhdudlaşması ilə üzləşir, İran isə birbaşa nəzarətindən kənardaformalaşan yeni infrastruktur xəritəsinə adaptasiya olunmağa məcburqalır.

Beləliklə, imzalanmış bəyannamə finiş xətti deyil, startmövqeyidir. Onun siyasi çəkisi təkcə mətnlə deyil, tərəflərin oradatəsbit olunmuş prinsipləri işlək mexanizmlərə çevirmək bacarığı iləölçüləcək.

Chosen
30
4
az.trend.az

1Sources