EN

Paytaxtın küçələri yenidən yuyulub, yaşıllıqlara qulluq göstərilib (FOTO)

Bakı. Trend:

Yay mövsümündə paytaxtın sanitar-təmizlik vəziyyətinin daha dayüksəldilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH)tərəfindən şənbə günü, avqustun 9-da paytaxtda növbəti dəfətəmizlik işləri aparılıb.

BŞİH-dən Trend-ə verilən məlumata görə, son vaxtlarda havalarınkəskin isti keçməsi ilə əlaqədar Bakı Şəhər YaşıllaşdırmaTəsərrüfatı Birliyi əməkdaşları tərəfindən yol və prospektlərinkənarlarındakı ağacların və yaşıllıqların yuyulması, onlaraaqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, qabaqlayıcıtədbirlər olaraq xəstə ağaclar götürülür.

Bildirilib ki, bütün bunlar isti havalarda yaşıllıqlarınqurumasının qarşısını alır.

İsti havaları nəzərə alaraq Mərkəzi Nəbatat Bağında iməciliktədbirləri həyata keçirilib. Burada ağaclara aqrotexniki qulluqgöstərilib, qurumuş budaqlar kəsilib, ağacların dibi bellənib,ümumi istifadə olan yollar yuyulub, təmizlik işləri həyatakeçirilib.

Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarındanbaşlayaraq bitki və canlılara zərər verməyən yuyucu maddələrlə əsasküçə və prospektlərin yuyulmasını aparıb. Bu zaman həm dəməhəllədaxili və ara yollar da yuyulub. Həmçinin prospekt vəküçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıqdirəklərinin, məhəccərlərin, park və istirahət yerlərindəoturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayışməhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət vədigər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahmanişləri aparılıb.

Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarınınzövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngligüllərdən kompozisiyalar yaradılıb.

Cari işlər çərçivəsində bağ ərazisində ağaclarda yayıla biləcəkmüxtəlif xəstəliklər, inseksid və funqisidlərə qarşı mütamadiolaraq dezinfeksiya işləri aparılmaqdadır. Qeyd edilib ki, istifadəolunan dezinfeksiya məhlullarının insan sağlamlığına heç bir zərəriyoxdur.

“Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən növbətitəmizlik işləri Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öztövhəsini verib. Ən əsası isə odur ki, şəhərin təmizliyi vəgözəlliyi paytaxta gələn çoxsaylı qonaqlar tərəfindən də yüksəkqiymətləndirilib, onlar Bakının gözəlliyinə və təmizliyinə valeholduqlarını bildiriblər”, - deyə məlumatda vurğulanıb.

Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Chosen
46
25
az.trend.az

10Sources