EN

Azərbaycanla Slovakiya arasında siyasi məsləhətləşmələr

Payızda Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.

Demokrat.az xəbər verir ki, bunu Slovakiya Respublikasının Avropa İşləri üzrə Dövlət Katibi Marek Eştok "X" hesabında yazıb.

O, məsləhətləşmələrin sentyabr ayında Bakı şəhərində keçiriləcəyini qeyd edib. Slovakiya nümayəndəsi tədbirin keçirilməsini səbirsizliklə gözlədiyini bildirib.

Eştok Azərbaycanın Ermənistanla davam edən sülh danışıqlarını dəstəklədiyini qeyd edib.

Chosen
56
1
demokrat.az

2Sources