EN

Kanat yolu çökdü: 23 nəfərdən 12-si...

Nalçikdə kanat qəzasında 1-i uşaq olmaqla 12 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, Kabardin-Balkar Səhiyyə Nazirliyinin məlumatına görə, yaralılardan altısı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Həkimlər xəstəxanaya yerləşdirilən beş nəfərin vəziyyətinin orta ağır olduğunu bildirirlər. Ən ağır xəstə hazırda əməliyyat otağındadır.

Hadisə cümə günü şəhərin kurort ərazisində baş verib. Qəza zamanı 23 nəfərdən altısı sərt səthə, dörd nəfər isə suya düşüb. Qalan 13 nəfər isə təxliyə edilib. Fövqəladə hadisə nəticəsində ölən olmayıb.

Respublika başçısı Kazbek Kokov qeyd edib ki, ölənlərin hamısı başqa bölgələrdən gələn qonaqlardır. İstintaq Komitəsi artıq təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi açıb. Bu maddə üzrə maksimum cəza altı il müddətinə azadlıqdan məhrumetmədir.

Chosen
52
publika.az

1Sources