EN

“Qarabağ” UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlsə, ölkə çempionatının ilk turundakı matçı təxirə salınacaq

“Qarabağ” Çempionlar Liqasında yoluna davam edəcəyi təqdirdə Azərbaycan Premyer Liqasının ilk turundakı matçı təxirə salınacaq.

"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi yoluna davam edəcəyi təqdirdə beynəlxalq oyun qaydalarına əsasən (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), “Sabah” - “Qarabağ” oyunu təxirə salınacaq.

Chosen
25
report.az

1Sources