İngiltərənin "Mançester Yunayted" klubu Almaniya "Leypsiq"indən Benjamin Seşkonu transfer etdiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Mançester təmsilçisinin rəsmi saytı məlumat yayıb.
"Qırmızı şeytanlar" sloveniyalı hücumçu ilə 5 illik müqavilə imzalayıb.
Daha əvvəl mətbuatda transfer məbləğinin 85 milyon avro olduğu bildirilirdi.