EN

Moldova PrezidentiAzərbaycan və Ermənistanı təbrik etdi

BAKI, 9 avqust. TELEQRAF

Moldova Prezidenti Maya Sandu Azərbaycan və Ermənistanı sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə prezident "X" hesabında paylaşım edib.

"Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşma onilliklər boyu davam edən hərbi əməliyyatlara son qoyulması istiqamətində mühüm mərhələdir. Regionda sülh, barışıq və daha çox rifaha gedən yolun açılmasına kömək etdiyinə görə hər iki tərəfi təbrik edirik", - paylaşımda qeyd edilib.

Chosen
68
2
teleqraf.com

2Sources