EN

Şəkidə evdə yanğın baş verib

Şəki, 9 avqust, AZƏRTAC

Şəki rayonunun Qoxmuq kəndində fərdi evlərdən birində baş verən yanğının genişlənməsinin qarşısı alınaraq söndürülüb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbrinə Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən məlumat verilib.

Bildirilib ki, Qoxmuq kənd sakini Habil Abdullayevə məxsus evdə yanğın baş verməsi barədə məlumat daxil olan kimi hadisə yerinə texnika və canlı qüvvə göndərilib. Ümumi sahəsi 120 kvadratmetr olan beş otaqdan ibarət evin çardaq hissəsində 60 kvadratmetrlik sahə konstruksiyaları ilə birlikdə yanıb. Yanğınsündürənlərin səyi nəticəsində alovun genişlənməsinin və digər evlərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Chosen
33
azertag.az

1Sources