EN

Vaşinqton görüşü Azərbaycan diplomatiyasının növbəti uğurudur VİDEO

Bakı, 9 avqust, AZƏRTAC

Vaşinqtonda keçirilən görüş regionun siyasi tarixində xüsusi yer tutan hadisə kimi dəyərləndirilir. Azərbaycanın illərdir formalaşdırdığı diplomatiya xətti bu uğurun əsasını qoyub. Görüş çərçivəsində imzalanan sənədlər bölgədə sülh prosesinə yeni impuls verib və əməkdaşlıq üçün geniş imkanlar açıb. Beynəlxalq dəstəyin artması, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması istiqamətində mühüm addımların atılmasına şərait yaradır. Artıq regionda yeni reallıq formalaşır və bu reallığın mərkəzində Azərbaycanın möhkəmlənmiş mövqeyi, təmin olunmuş suverenliyi və dayanıqlı sülh gündəliyi dayanır.

Daha ətraflı AZƏRTAC-ın videomaterialında izləyə bilərsiniz.

Chosen
14
2
azertag.az

3Sources