EN

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiya masasında da qalib gəldi - Azər Qarayev

Bakı. Trend:

Bu gün Cənubi Qafqazın siyasi xəritəsində yeni bir səhifəaçıldı. 2025-ci il avqustun 8-də Vaşinqtonda baş tutan üçtərəfligörüş təkcə iki ölkə arasında deyil, bütün regionda tarazlığıdəyişdirən bir hadisə oldu. Azərbaycan Prezidenti İlham Əliyev,Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ-ın prezidenti DonaldTrampın iştirakı ilə keçirilən görüş, həm diplomatik, həm də siyasibaxımdan xüsusi əhəmiyyət daşıyırdı. Bu görüşün nəticəsi -Azərbaycan və Ermənistan arasında imzalanan Birgə Bəyanat və sülhmüqaviləsinin mətninin paraflanması - illərlə davam edəngərginliyin məntiqi yekunu, Azərbaycanın isə strateji qələbəsininrəsmi təsdiqi kimi tarixə düşdü. Vaşinqtonda əldə olunanrazılaşmalar göstərdi ki, Azərbaycan Prezident İlham Əliyevinrəhbərliyi altında təkcə müharibə meydanında deyil, diplomatiyamasasında da qalib gəldi.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.

"Prezident İlham Əliyev bu uğura illərlə ardıcıl və prinsipialsiyasət apararaq nail oldu. O, milli maraqlardan bir addım beləgeri çəkilmədən, beynəlxalq arenada Azərbaycanın mövqeyinimöhkəmləndirdi, regional proseslərdə müəyyənedici gücə çevrildi.Vaşinqton görüşü isə bu prosesin zirvə nöqtəsi oldu - burada sülhünəsası qalib tərəfin diktə etdiyi şərtlərlə qoyuldu. Azərbaycanbütün mərhələlərdə öz maraqlarını ardıcıl şəkildə müdafiə edərək,nəticədə irəli sürdüyü bütün şərtlərin yerinə yetirilməsinə nailoldu", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın son illərdə keçdiyi yol həmhərbi, həm siyasi tarix dərsi kimi dəyərləndirilə bilər.

"2020-ci ilin Vətən müharibəsində əldə olunan parlaq qələbə iləişğal altındakı torpaqlar azad edildi, Ermənistan kapitulyasiyaaktına imza atmağa məcbur qaldı. Lakin Prezident İlham Əliyev üçünbu, son hədəf deyildi. O, anlayırdı ki, əsl qələbə yalnız döyüşmeydanında deyil, diplomatik masada da qazanılmalıdır. Müharibədənsonra Azərbaycan öz mövqelərini möhkəmləndirmək üçün ardıcıladdımlar atdı. “Qisas” əməliyyatı və 2023-cü ildə həyata keçiriləncəmi 24 saatlıq antiterror tədbirləri ilə ölkə tam suverenliyinibərpa etdi. Bu, təkcə hərbi uğur deyildi - həm də Ermənistanıdanışıqlarda gerçək reallığı qəbul etməyə məcbur edən stratejizərbə idi. Prezident İlham Əliyev bütün bu mərhələlərdə eyniprinsipial xətti qorudu. Azərbaycan heç vaxt milli maraqlarındangüzəştə getməyəcək, sülh yalnız ölkənin suverenliyi və ərazibütövlüyü tam tanındıqdan sonra mümkün olacaq. Vaşinqtondaimzalanan Birgə Bəyanat isə bu prinsipial mövqeyin yekun təsdiqioldu - qalib dövlətin şərtləri masa üzərində, qarşı tərəfin imzasıisə həmin sənədin altında idi", - o bildirib.

A.Qarayev qeyd edib ki, qələbə qazanan tərəf kimi Prezidentİlham Əliyev sülh gündəliyinin də müəllifi oldu.

"2022-ci ilin əvvəlində Azərbaycan Ermənistan tərəfinə sülhmüqaviləsinin əsasını təşkil edən “5 baza prinsipi” təqdim etdi.Azərbaycanın təqdim etdiyi sülh konsepsiyası təkcə iki ölkəarasında münasibətlərin normallaşması üçün deyil, bütövlükdəregionda davamlı sabitliyin təmin olunması üçün əsas tutulan dərinvə strateji baxışdır. Bu baxış, münaqişənin köklü həllinə xidmətedən fundamental dəyərlərə və qarşılıqlı anlaşmaya söykənir. Əsasfikir ondan ibarətdir ki, hər iki tərəf öz suverenliyini, ərazibütövlüyünü və sərhədlərin toxunulmazlığını qarşılıqlı şəkildətanımalıdır. Bu, gələcəkdə hər hansı ərazi iddialarının və yatəhdidlərin qarşısını almağa yönəlmiş çox ciddi addımdır. İkidövlət arasında güc tətbiq etmək və ya ona hədələmək tamamiləistisna edilməli, qarşılıqlı etimad və sülh mühiti yaradılmalıdır.Həmçinin, dövlətlər arasında sərhədlərin tam şəkildə delimitasiyavə demarkasiya olunması, diplomatik münasibətlərin qurulması, eləcədə nəqliyyat və iqtisadi əlaqələrin açılması zəruridir. Bu addımlarregionun iqtisadi inkişafına və xalqlar arasında əlaqələringenişlənməsinə xidmət edir. Lakin Ermənistan uzun müddət səmimiaddımlar atmaqdan yayınaraq, müqaviləyə Qarabağda yaşayanermənilərin statusu ilə bağlı bəndin daxil edilməsində israredirdi. Azərbaycan isə prinsipial olaraq bildirirdi ki, bu ölkənindaxili məsələsidir və dövlətlərarası sənədin predmeti ola bilməz.Eyni zamanda, ABŞ Prezidenti Co Bayden administrasiyası, FransanınPrezidenti Emmanuel Makron və digər qüvvələr prosesə özgündəmlərini yeritmək üçün Azərbaycana təzyiq göstərməyə,ittihamlar yaymağa çalışırdılar. Amma bu cəhdlər Prezident İlhamƏliyevin ardıcıl siyasəti sayəsində, təbii ki, uğursuz oldu", - obildirib.

Politoloq vurğulayıb ki, 2025-ci ilin avqustunda Vaşinqtondaimzalanan Birgə Bəyanat, Azərbaycan üçün yalnız diplomatik sənədolmaqla qalmadı, eyni zamanda regionda yeni siyasi reallığın rəsmitanınması kimi qəbul edildi. Bu sənəd Azərbaycanın illərlə ortayaqoyduğu şərtlərin beynəlxalq səviyyədə qəbulunun nəticəsi idi vəuzun müddətdir davam edən münaqişənin sülh yolu ilə həllində dönüşnöqtəsi oldu.

"Vaşinqton Bəyanatı ilə Ermənistan bir sıra əsas tələbləri qəbuletdi və özünün əvvəlki mövqeyindən geri çəkilmək məcburiyyətindəqaldı. Azərbaycanın təməl prinsipləri, o cümlədən Minsk qrupununfəaliyyətinin dayandırılması istiqamətində birgə müraciət,Ermənistanın Konstitusiyasından ərazi iddialarına dair müddəalarınçıxarılması, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MuxtarRespublikası arasında maneəsiz nəqliyyat əlaqəsinin yaradılmasıkimi məsələlər sənədə daxil edildi. Bu, həm də Vaşinqtonda ABŞtərəfindən dəstəklənən strateji təşəbbüs idi. ABŞ-nin PrezidentiDonald Trampın təminatçılıq etdiyi Zəngəzur dəhlizinin açılması isəbölgənin iqtisadi və siyasi inkişafında yeni mərhələnin başlanğıcıkimi qiymətləndirilə bilər. Bu sənəd vasitəsilə Azərbaycan özmövqeyini beynəlxalq hüquq çərçivəsində möhkəmləndirdi, Ermənistanisə gələcəkdə sülh və əməkdaşlıq prinsiplərinə uyğun addımlaratmağı qəbul etdi. Vaşinqton Bəyanatı, həm də regionda hərbikonfliktlərin artıq keçmişdə qaldığını, tərəflərin gələcəyəfokuslandığını dünyaya nümayiş etdirdi", - o bildirib.

Onun sözlərinə görə, Vaşinqton görüşü zamanı sülh müqaviləsininmətninin paraflanması mühüm tarixi məqam kimi yadda qaldı.

"Paraflaşma - texniki baxımdan müqavilənin tam imzalanmasındanfərqli olsa da - tərəflərin əsas prinsiplər və tələblər üzərindərazılığa gəldiyini göstərən rəsmi və bağlayıcı sənəd kimiqiymətləndirilir. Bu addım illərlə davam edən münaqişə sonrasıqarşılıqlı etimadın bərpası və gələcək əməkdaşlığın təməlininqoyulması baxımından vacib əhəmiyyətə malikdir. Paraflama iləAzərbaycan və Ermənistan müharibədən sonrakı gərginliyi azaltmağa,sülh və sabitlik istiqamətində praktik addımlar atmağa hazırolduqlarını nümayiş etdirdi. Bununla yanaşı, paraflanma mərhələsiyekun sülh müqaviləsinin imzalanması üçün zəruri prosedurlardanbiridir. İmzalanma prosesinin 2026-cı ildə Ermənistanda keçiriləcəkkonstitusiya referendumundan sonra tamamlanacağı nəzərdə tutulur.Bu isə öz növbəsində, müqavilənin tam hüquqi qüvvəyə minməsi üçünmüstəqil və demokratik prosedurların təmin edilməsini göstərir.Beləliklə, paraflanma - həm siyasi, həm də hüquqi baxımdan -qarşıdakı dövrdə Azərbaycanla Ermənistan arasında sülh prosesininmöhkəmlənməsi və davamlılığının təmin olunması üçün açar rolunuoynayır", - o bildirib.

Bundan əlavə, politoloq qeyd edib ki, Vaşinqtonda imzalananBirgə Bəyanat Azərbaycanın strateji maraqlarını yalnızmöhkəmləndirmədi, həm də müharibədən sonra formalaşmış status-kvonurəsmiləşdirdi.

"ABŞ da daxil olmaqla beynəlxalq ictimaiyyət bölgədə yaranmışyeni siyasi reallığı faktiki olaraq qəbul etdi. Prezident İlhamƏliyevin ABŞ-a səfəri və imzalanan sənədlər təkcə diplomatik uğurdeyil, eyni zamanda, Ermənistanın havadarlarına - Makronadministrasiyasından tutmuş Avropa Parlamenti və erməni lobbitəşkilatlarına qədər - ciddi siyasi zərbə oldu. Prezident İlhamƏliyev göstərdi ki, hərbi qələbə möhkəm və əlverişli sülhün təməliola bilər. Onun siyasəti milli maraqların müdafiəsində qətiyyət vəstrateji baxışın sintezidir, bu isə döyüş meydanındakı üstünlüyüdiplomatik masada davamlı uğura çevirir. Vaşinqton görüşütəsdiqlədi ki, Azərbaycan qanlı döyüşlərdən danışıqlar masasınaqədər keçdiyi yolda mövqelərini möhkəmləndirərək region tarixindəyeni bir fəsil açdı - burada sülh qalibin şərtləri əsasındaqurulur", - A.Qarayev əlavə edib.

Chosen
111
50
az.trend.az

10Sources