EN

İƏT Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayıb

Qahirə, 9 avqust, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi ABŞ-ın iştirakı ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş sülh razılaşmasını alqışlayır.

AZƏRTAC xəbər verir ki, bu, təşkilatın yaydığı bəyanatda yer alıb.

Bəyanatda bildirilib ki, bu, iki ölkə arasındakı münasibətlərdə qarşılıqlı anlaşmaya və dostluğa əsaslanan yeni səhifə açacaq. Qafqaz regionunda sabitlik və inkişafın əsaslarını möhkəmləndirəcək bu tarixi razılaşma yüksək qiymətləndirilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Chosen
111
8
azertag.az

8Sources