"Şamaxı"nın koməkçi məşqçisi Elnur Çodarov "Betis"in (İspaniya) akademiyasında olub.
"Football-plus.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“UEFA Pro” kateqoriya məşqçilik kurslarında iştirak edən məşqçi akademiyanın rəhbəri, məşqçiləri ilə görüşüb və məşq planı ilə tanış olub.