EN

Mahir "Şalke" ilə oyuna start heyətdə çıxır

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin üzvü Mahir Emreli bu gün "Kayzerslautern"in heyətində ikinci rəsmi oyuna çıxır. 

QOL.az xəbər verir ki, onun komandası 2-ci Bundesliqada yeni mövsümün ikinci oyununda öz meydanında "Şalke"ni qəbul edir. 

Mahir Emreli qarşılaşmaya start heyətdə çıxacaq. Görüş Bakı vaxtı ilə 22:30-da başlayacaq.

Qeyd edək ki, daha öncə "Kayzerslautern" çempionatın ilk turunda "Hannover"lə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. 

Chosen
19
1
teleqraf.com

2Sources