Gəncədə iki nəfər bıçaqlanıb. Avtosfer.az-ın məlumatına görə, hadisə Gülüstan qəsəbəsində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Emin Məmmədov və 2001-ci il təvəllüdlü Röyal Rüstəmov bıçaqlanıb. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Hadisənin təfərrüatları araşdırılır.