Şəmkir rayonunun Düyərli kəndində ümumi sahəsi 800 m² olan istixananın yanar konstruksiyaları, 5 ha sahədə quru ot və müxtəlif növ ağaclar yanıb.
Fövqəladə Hallar Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, ətraf ərazilər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.