EN

Magistrı yenicə bitirib qayıtmışdı

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.

Publika.az xəbər verir ki, bu gün saat 08 radələrində rayonun Qurbanəfəndi kəndi ərazisində “Toyota” və “VAZ-21011” markalı avtomobillər toqquşub.

Nəticədə “Toyota”da olan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Chosen
39
17
publika.az

10Sources