EN

Qəbələdə yanğın törədən şəxslər müəyyən edildi

Avqustun 9-da Qəbələ şəhəri ərazisində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Teleqraf-a bildirilib ki, araşdırmalarla yanğının 2 yeniyetmə tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub. Hadisə nəticəsində quru ot sahəsi və kol-kos yanıb.

Əməli törədən şəxslər valideynləri ilə birlikdə ərazi üzrə polis orqanına dəvət olunub və profilaktik söhbətlər aparılıb.
Chosen
96
1
sherg.az

10Sources