BAKI, 10 avqust. TELEQRAF
“Arsenal”ın müdafiəçisi Aleksandr Zinçenko yay transfer pəncərəsi zamanı klubu tərk edə bilər.
Teleqraf “Il Mattino” nəşrinə istinadən xəbər verir ki, londonlular əvvəlcə 28 yaşlı ukraynalıya 10 milyon funt-sterlinq qiymət qoysalar da, transferdə maraqlı olan klublar tapılmayıb.
İndi "topçular" futbolçunun müqaviləsinin bir ildən sonra bitəcəyini nəzərə alaraq, onu pulsuz buraxmağa hazırdır.
Futbolçunun "Napoli"yə təklif olunduğu da bildirilir.
Qeyd edək ki, Zinçenko 2022-ci ilin yayından "Arsenal"da çıxış edir. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.