EN

Şəhərin mərkəzində açıq-saçıq geynən qıza görə dava düşdü - VİDEO

İstanbulun Bahçelievler rayonunda, iddiaya görə, bir qadın başqa bir qadına "Belə çılpaq gəzməyin, uşaqlarımız var" deyə irad bildirib.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, mübahisə qısa zamanda böyüyərək əlbəyaxa davaya çevrilib.

Ətrafdakı insanlar müdaxilə edərək tərəfləri çətinliklə sakitləşdiriblər.

Mobil telefon kamerasına düşən görüntülərdə hücuma məruz qalan qadının "Polis çağırın!" deyə yalvardığı görünür.

Kənan
Milli.Az

Chosen
44
50
milli.az

10Sources