EN

Britaniyaya məxsus qırıcı təyyarə Yaponiyada təcili eniş edib

BAKI, TurkicWorld, Səməd Əyyubov

Böyük Britaniyaya məxsus beşinci nəsil F-35B qırıcı təyyarəsi Yaponiyanın Kyuşu adasında yerləşən Kaqosima şəhərinin mülki hava limanına təcili eniş edib.

TurkicWorld xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı uçuş-enmə zolağı müvəqqəti bağlanıb və uçuş cədvəli pozulub.

Təyyarənin hazırda Yaponiyada olan Britaniyanın "Prince of Wales" təyyarədaşıyan gəmisinə aid göyərtə aviasiyasının tərkibinə daxil olduğu ehtimal edilir. Bu təyyarədaşıyan qrupu Yaponiya Hərbi Dəniz Qüvvələri ilə birgə təlimlər keçirir.

Təlim çərçivəsində Britaniya F-35B qırıcıları hazırda yüngül aviadaşıyıcıya çevrilmək üçün modernləşdirilən yapon “Kaga” helikopterdaşıyıcısının göyərtəsinə şaquli enişlər həyata keçiriblər. Tokio ABŞ-dan və ya ABŞ lisenziyası əsasında 40-dan çox belə qırıcı almağı planlaşdırır.

Qeyd edək ki, iyun ayından bəri "Prince of Wales" aviadaşıyıcısının rəhbərlik etdiyi Britaniya aviadaşıyıcı zərbə qrupu Hind və Sakit okean sularında səfərdədir. Gəmi 24-ə qədər F-35B qırıcısı, 16 "Merlin" və "Wildcat" helikopteri, həmçinin pilotsuz uçuş aparatları (PUA) daşıya bilir.

Chosen
111
31
turkic.world

10Sources