Azərbaycan millisinin üzvü Ozan Can Kökçü Niderlandın "Volendam" klubunda debüt edib.
Fanat.Az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Erediviziyanın ilk turunda "Herenven"lə səfər oyununa iştirak edib.
"Abe Lenstra" stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
"Volendam"ın əsas heyətində meydana çıxan Ozan Can komandasının yeganə qolunun müəllifi olub. O, 65-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, Finlandiyanın HİK komandasından ayrılan Kökçü bu mövsüm Erediviziyaya vəsiqə qazanan "Volendam"la "1+1" illik müqaviləyə imza atıb.