FövqÉ™ladÉ™ Hallar Nazirliyinin “112” qaynar telefon xÉ™ttinÉ™ AÄŸdam rayonu, Novruzlu kÉ™ndindÉ™ açıq É™razidÉ™ yanğın baÅŸ vermÉ™si barÉ™dÉ™ mÉ™lumat daxil olub.
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.