ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların avqust ayı üçün reytinqini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 501 klub arasında 4 Azərbaycan təmsilçisinin adı var.
Bunlar avrokubok təmsilçilərimiz "Qarabağ", "Zirə", "Sabah" və "Araz-Naxçıvan"dır. "Qarabağ" (137,25 xal) 137-ci yerdən 134-cü pilləyə geriləyib.
"Zirə" (84,75 xal) 42 pillə geriləyərək 232-ci yerdən 274-cü sıraya düşüb. "Sabah" (86 xal) isə əksinə, 49 pillə irəliləyərək 264-ə qalxıb. "Araz-Naxçıvan"a gəlincə, 70,25 xalı olan "qırmızı-ağlar" yetərincə irəliləyə bilib. Muxtar Respublika təmsilçisi 76 pillə irəliləyərək 363-cü yerə yüksəlib.
1-ci yerdə "Real Madrid" (520 xal) qərarlaşıb.
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.