Ajans.az xəbər verir ki, məlumatı Fransa nəhənginin mətbuat xidməti yayıb. Parislilər "Lill"in qolkiperi Lyuka Şevalyeni heyətə qatıb. Paytaxt təmsilçisi 23 yaşlı "çərçivə" qoruyucusunu 40 milyon avroya alıb. Şevalye 5 illik müqaviləyə imza atıb. Qeyd edək ki, Lyuka Liqa 1-də 34, Çempionlar Liqasında 10 oyun keçirib.