Demokrat.az xəbər verir ki, bu barədə Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya prezidenti ABŞ-la danışıqlar prosesinin əsas nəticələri barədə məlumat verdi. Emomali Rəhmon göstərilən məlumata görə, minnətdarlığını bildirib və Ukrayna böhranının siyasi-diplomatik yollarla həlli üzrə səyləri dəstəkləyib”, – Tacikistan prezidentinin saytında dərc olunan açıqlamada qeyd olunur.
Bildirilib ki, tərəflər Tacikistan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yönəlmiş birgə tədbirləri davam etdirməyə hazır olduqlarını vurğulayıblar. “Dövlət başçıları həmçinin qarşıdakı yüksək səviyyəli görüşlərin ikitərəfli və çoxtərəfli formatda keçirilməsi qrafikini müzakirə ediblər”, – mətbuat xidməti əlavə edib.
Qeyd edək ki, avqustun 7-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya və ABŞ-ın yaxın günlərdə iki ölkə liderləri – Vladimir Putin və Donald Trampın görüşü barədə razılığa gəldiyini açıqlayıb.
Həmin gün Putin də Tramp ilə görüşün hazırlanmasını təsdiqləyərək, bu görüşə marağın qarşılıqlı olduğunu bildirib.
10Sources
-
referans.azABŞ lideri: Putinlə Zelenskini eyni otaqda saxlayacağam ( 20246469)
-
demokrat.azPutin ABŞ-la danışıqların nəticələri barədə Emomali Rəhmonla danışdı ( 20200434)
-
report.azNBC: Ağ Ev Zelenskini Rusiya-ABŞ danışıqlarına dəvət etməyi düşünür ( 20193534)
-
sia.azPutin Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq... ( 20189403)
-
modern.azABŞ lideri: Azərbaycanın Naxçıvana maneəsiz keçidi təmin olunacaq ( 20160249)
-
teleqraf.comTramp: Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirəcəyik ( 20160084)
-
sherg.azTramp, Putin - razılığa gəlin və Zelenskini dəvət edin... ( 20151057)
-
axar.azTramp, Putin - razılığa gəlin və Zelenskini dəvət edin... ( 20150919)
-
report.azLukaşenko Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar üçün öz formatını təklif edib ( 20147907)
-
missiya.az“Tramp Zelenskini güzəştə getməyə məcbur edəcək” - Böyük Britaniyanın sabiq müdafiə naziri ( 20135151)