EN

Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib

Bakı. Trend:

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev Türkmənistan Xalq Məsləhətinin sədri QurbanquluBerdiməhəmmədova zəng edib.

Trend xəbər verirki, telefon söhbəti zamanı Qurbanqulu Berdiməhəmmədovun bir müddətəvvəl Azərbaycana, o cümlədən Qarabağa səfəri və bu çərçivədəaparılmış müzakirələr məmnunluqla xatırlanıb.

Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədriQurbanqulu Berdiməhəmmədov ölkələrimiz arasında dostluq vəqardaşlıq münasibətlərinin inkişafına toxunublar.

Telefon danışığı əsnasında Türkmənistanın Avaza şəhərindəkeçirilmiş BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olanölkələr üzrə Üçüncü Konfransının əhəmiyyəti qeyd edilib.Dövlətimizin başçısı bu tədbirin uğurla təşkil olunması ilə bağlıQurbanqulu Berdiməhəmmədova təbriklərini çatdırıb.

Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanansənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Başnaziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmışbəyannamənin, Azərbaycan ilə Ermənistan arasında sülh vədövlətlərarası münasibətlərin qurulması haqqında Sazişinparaflanmasının və ATƏT-in Minsk qrupunun ləğvinə dair birgəmüraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunmasıbaxımından əhəmiyyətinə toxunulub.

Bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampınxüsusi rolunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın əsashissəsi ilə onun Naxçıvan regionu arasında əlaqənin yaradılmasınaxidmət edəcək maneəsiz nəqliyyat bağlantısının bütün regionunçiçəklənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Türkmənistan Xalq Məsləhətinin sədri əldə edilmiş tarixirazılaşmalar münasibətilə dövlətimizin başçısına və Azərbaycanxalqına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev onun salamlarını Türkmənistan PrezidentiSərdar Berdiməhəmmədova çatdırmağı xahiş edib.

Qurbanqulu Berdiməhəmmədov da Türkmənistan Prezidenti SərdarBerdiməhəmmədovun salamlarını və təbriklərini dövlətimizinbaşçısına çatdırıb.

Telefon söhbəti zamanı gələcək təmaslarla bağlı fikir mübadiləsiaparılıb.

Chosen
40
48
az.trend.az

10Sources