EN

AB-nin Ukrayna bəyanatı nasist vərəqəsidir - Zaxarova

Avropa liderlərinin Ukrayna danışıqları ilə bağlı bəyanatı növbəti nasist vərəqəsidir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Zelenskinin ofisi bəzi AB ölkələrinin liderləri və Ursula fon der Leyenin atəşkəsə çağıran birgə bəyanatını dərc edib. Nasist vərəqəsində iddia edilir ki, Ukraynada sülhün əldə olunmasında uğur yalnız Rusiyaya təzyiq göstərmək və Kiyevi dəstəkləməklə əldə edilə bilər”, - Zaxarova bildirib.

Chosen
91
43
axar.az

10Sources