EN

Polis idarəsinə hücum: ölənlər və yaralanan var - FOTO

İranın Sistan və Bəlucistan əyalətinin Sərəvan şəhərində "Ceyş əl-Ədl" qruplaşmasının üzvləri polis məntəqəsinə hücum ediblər.

Moderator.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.

Hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, daha bir zabit isə yaralanıb.

Məlumata görə, təhlükəsizlik qüvvələrinin cavab tədbirləri zamanı silahlılardan üçü zərərsizləşdirilib, ikisi isə saxlanılıb.

Chosen
58
50
moderator.az

10Sources