EN

İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda saxlanıldı

Gürcüstanın Marneuli rayonunda 1986-cı il təvəllüdlü R.A. adlı Azərbaycan vətəndaşı saxlanılıb.

Turkustan.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, mütəşəkkil dəstəyə üzv olmaqda və sağlamlığa zərər vurmaqda təqsirli bilinən həmin şəxs 2013-cü ildən Azərbaycan tərəfindən İnterpolun “qırmızı bülleten”i ilə axtarışdadır.

Hazırda saxlanılan şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş ekstradisiyadan öncəki prosedurlar həyata keçirilir.

Chosen
94
11
turkustan.az

10Sources