"Sabah" basketbol klubu növbəti transferini reallaşdırıb.
Referans klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, "bayquşlar" amerikalı hücumçu Castin Tillmanla güclənib.
28 yaşlı basketbolçu qarşıdakı 2 mövsümdə “Sabah” klubunun uğurları üçün çalışacaq.
Tilman 203 sm boya malikdir.
Qeyd edək ki, Castin Tillman karyerası ərzində Yunanıstan, Fransa, İtaliya və İsrail liqalarında çıxış edib.