Demokrat.az xəbər verir ki, Qazaxıstan Prezidenti Azərbaycanla Ermənistan arasında normallaşma gündəliyi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarında əldə olunmuş razılaşmalar münasibətilə dövlət başçısını və Azərbaycan xalqını təbrik edib. Kasım-Jomart Tokayev bu nəticələrin tarixi əhəmiyyət daşıdığını qeyd edərək, onların regionda hərtərəfli əməkdaşlıq üçün imkan yaradacağına ümidvarlığını bildirib.
Dövlət başçısı təbriklərə görə təşəkkür edərək, Amerika Birləşmiş Ştatlarında Azərbaycan ilə Ermənistan arasında ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb. Bu xüsusda göstərdiyi dəstəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın rolunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə əldə olunmuş razılaşmanın Orta Dəhlizin yükaşırma qabiliyyətinə gələcəkdə müsbət təsir göstərəcəyini də deyib.
Dövlət başçısı Qazaxıstanın ötən ilin mayında sülh danışıqları çərçivəsində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında aparılan danışıqlara ev sahibliyi etməsinə və bu prosesə töhfəsinə görə minnətdarlığını bildirib.
10Sources
-
news24.azİlham Əliyev Qətər Əmiri ilə Azərbaycan qazının Suriyaya çatdırılmasını müzakirə etdi ( 20243175)
-
reyting.azİlham Əliyev Qətər Əmirinə zəng edib ( 20247516)
-
news365.azPrezident İlham Əliyev: Azərbaycanla Naxçıvan arasında maneəsiz nəqliyyat Orta Dəhlizin yükaşırma qabiliyyətinə müsbət təsir edəcək ( 20245104)
-
day.azPrezident İlham Əliyev Qətər Dövlətinin Əmirinə zəng edib ( 20245005)
-
redaktor.azİlham Əliyev Qətər Əmiri ilə bəzi məsələləri müzakirə etdi ( 20244654)
-
news365.azPrezident Qətər Əmiri ilə Azərbaycan qazının Suriyaya çatdırılmasını müzakirə edib ( 20244561)
-
globalinfo.azAzərbaycanla Naxçıvan arasında maneəsiz nəqliyyat... İlham Əliyev ( 20244309)
-
apa.azPrezident İlham Əliyev: Azərbaycanla Naxçıvan arasında maneəsiz nəqliyyat Orta Dəhlizin yükaşırma qabiliyyətinə müsbət təsir edəcək ( 20244216)
-
apa.azPrezident Qətər Əmiri ilə Azərbaycan qazının Suriyaya çatdırılmasını müzakirə edib ( 20244213)
-
cebheinfo.azİlham Əliyev Qətər Əmirinə zəng edib ( 20244162)