EN

"Yuventus" və PSJ Kolo-Muaninin transferi üçün razılaşmaya yaxındır

İtaliyanın “Yuventus” klubu və Fransanın PSJ komandası hücumçu Randal Kolo Muaninin icarəsi ilə bağlı razılığa gəlməyə yaxındır.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, müqavilədə 26 yaşlı oyunçunun məcburi transferi də nəzərdə tutulub.

Turin klubu fransalı forvard üçün bonuslarla birlikdə 45 milyon avro ödəyəcək.

Qeyd edək ki, Kolo Muani ötən mövsümün ikinci yarısını “Yuventus”da icarə əsasında keçirib. Hücumçunun “PSJ” ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 30 milyon avro təşkil edir.

Chosen
24
90deqiqe.az

1Sources