08.08.2025–ci il saat 22:30 radələrində çaqqal dişləməsi səbəbilə xəsarət alan 3 nəfər (2-si kişi, 1-i qadın cinsi olmaqla) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub...
Bu barədə Poliqon-a TƏBİB-dən məlumat verilib.
1956 (kişi cincli) və 1971-ci il (biri qadın, biri kişi cinsli) təvəllüdlü şəxslərə boyunun, sağ əlin və sağ saidin dişlənmiş yaraları diaqnozu təyin olunub.
Hər birinə zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə peyvənd vurulub.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb.
***
Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib.
Çaqqallar həyətyanı sahəyə girərək bağda fındıq yığan 3 nəfərə hücum edərək onları dişləyib.
Belə ki, xəsarət alan kənd sakinləri - 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info