EN

Ağdam və Xocavənddəki yanğın söndürülüb (Yenilənib)

Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avqustun 9-da  Ağdam və Xocavənd rayonları ərazisində başlayan yanğınların qarşısı alınıb.

Mia.az xəbər verir ki, Xocavənd rayonun Çörəkli və Ağdam rayonunun Novruzlu kəndləri ərazisində baş verən yanğının Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları tərəfindən geniş ərazilərə yayılmasının qarşısı alınıb və tam söndürülüb.

Hazırda tüstülənmə müşahidə olunan yerlərdə qabaqlayıcı tədbirlər görülür.

***

Ağdam rayonunda güclü yanğın başlayıb.

Mia.az xəbər verir ki, Novruzlu kəndi ərazisindəki açıq ərazidə başlayan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirlyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Ətraflı məlumat veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
46
2
mia.az

3Sources