EN

Deputat: Ağ Evdə keçirilən görüş həm Azərbaycan–ABŞ strateji münasibətlərində, həm də sülh prosesində yeni bir mərhələ açdı

ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Ağ Evdə keçirilən bu tarixi görüş həm Azərbaycan–ABŞ strateji münasibətlərində, həm də Azərbaycan–Ermənistan sülh prosesində yeni bir mərhələ açdı.
Bi fikirləri QHT.az-a açıqlamasında Milli Məclisin üzvü Pərvanə Vəliyevə bildirib.

 

O bildirib ki, Azərbaycan və ABŞ liderlərinin regional əlaqəlilik, qabaqcıl texnologiyalara və süni intellektə iqtisadi investisiyalar, enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirmək məqsədilə Strateji Tərəfdaşlığın yaradılması üzrə Anlaşma Memorandumu imzalaması irəli doğru inkişaf üçün çox mühüm addım idi. 

“ Prezident Trampın, həmçinin, Prezident İlham Əliyevin şəxsən iştirakı ilə ABŞ-ın Azərbaycana yardımına uzun illər mane olan Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə qərarı da imzalaması onun dövlət başçımıza, Azərbaycan xalqına qarşı bir jesti idi.

Prezident Trampın iştirakı ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıblar. Razılaşma, həmçinin, Azərbaycan ilə Naxçıvan arasında maneəsiz quru əlaqəsini təmin edərək Zəngəzur dəhlizinin reallaşmasını nəzərdə tutur. ATƏT-in Minsk Qrupunun ləğvi üçün birgə məktub ünvanlandı və nəhayət 2026-cı ildə keçiriləcək referendumla Ermənistan Konstitusiyasına dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının çıxarılması baş verəcək. Bununla da, tərəflərin sülh müqaviləsini imzalamasına heç bir maneə qalmayacaq.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən sülh sazişinin mətninin paraflanması, mətnin özünün artıq tam razılaşdırıldığını təsdiqləyir. Paraflama müqaviləni imzalama ilə eyni olmasa da, sülhə doğru atılmış mühüm addımdır. Azərbaycan və Ermənistan indi yekun və dayanıqlı sülhə çox yaxındır.”

 

Chosen
11
5
qht.az

3Sources