Hadisə ilə bağlı araşdırma başladılıb.
Ajans.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə Darıca rayonunda qeydə alınıb. Məlumata görə, yanğın qısa zamanda genişlənib və alov yaxınlıqdakı iki fabrikə də sıçrayıb. Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Tüstüdən zəhərlənən bir yanğınsöndürən Darıca Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Yanğının səbəbi məlum deyil.